Nobel Sülh mükafatı cənubi afrikalı qadın hüquqşünasa verilib

Digər ölkələr
  • 09 oktyabr, 2026
  • 13:01
Nobel Sülh mükafatı cənubi afrikalı qadın hüquqşünasa verilib

Nobel Sülh mükafatı laureatı məlum olub.

"Report"un məlumatına görə, builki mükafat cənubi afrikalı hüquqşünas Navanethem Pillaya (Navi) verilib.

O bu mükafata sülhün və beynəlxalq hüququn təşviqi istiqamətində göstərdiyi səylərə görə layiq görülüb.

Məlumat üçün bildirək ki, Navanethem Pillay 23 sentyabr 1941-ci ildə Cənubi Afrika Respublikasının Durban şəhərində hind əsilli ailədə anadan olub. Natal Universitetində (indiki KwaZulu-Natal Universiteti) hüquq təhsili alıb, daha sonra Harvard Universitetində hüquq üzrə magistr və doktorluq dərəcələrini müdafiə edib.

O, uzun müddət beynəlxalq hüquq və insan hüquqları sahəsində fəaliyyət göstərib. Belə ki, 1995-ci ildə Cənubi Afrikanın Ali Məhkəməsinə hakim təyin edilib və həmin il Ruanda üzrə Beynəlxalq Cinayət Tribunalına hakim seçilib.

1999–2003-cü illərdə tribunalın prezidenti olub.

2003–2012-ci illərdə Beynəlxalq Cinayət Məhkəməsinin hakimi kimi çalışıb. 2008–2014-cü illərdə isə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı vəzifəsini tutub.

Qeyd edək ki, Nobel mükafatlarının elanları oktyabrın 5-dən 12-dək davam edəcək. Belə ki, oktyabrın 5-də fiziologiya və ya tibb, 6-da fizika, 7-də kimya, 8-də ədəbiyyat, 9-da Sülh üzrə laureatların adları açıqlanıb.

Nobel həftəsi oktyabrın 12-də İqtisadiyyat üzrə Nobel mükafatı laureatının elan olunması ilə başa çatacaq.

Nobelin mükafat fondu tərqibən 1,5 milyon ABŞ dollarıdır.