Nobel mükafatı laureatı Donald Trampın qələbəsinə görə "qrin-kart"ını cırıb atıb

Nobel mükafatı laureatı Donald Trampın qələbəsinə görə "qrin-kart"ını cırıb atıb 82 yaşlı Vole Şoyinka, həmçinin ABŞ-da yaşamaq imkanından imtina etdiyini açıqlayıb
Digər ölkələr
2 Dekabr , 2016 09:57
Nobel mükafatı laureatı Donald Trampın qələbəsinə görə qrin-kartını cırıb atıb

Bakı. 2 dekabr. REPORT.AZ/ Nigeriyalı yazıçı və Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Vole Şoyinka ABŞ-da keçirilmiş prezident seçkilərində Donald Trampın qələbə qazanmasına etiraz əlaməti olaraq ABŞ-da yaşamaq imkanı verən "qrin-kart"ını cırıb atıb.

"Report" BBC-yə istinadən xəbər verir ki, 82 yaşlı V.Şoyinka, həmçinin ABŞ-da yaşamaq imkanından imtina etdiyini açıqlayıb.

O, uzun illər ərzində Sarmaşıq Liqasına (The Ivy League) daxil olan ABŞ-ın qədim universitetlərində dərs deyib. V.Şoyinka hələ seçkilərdən əvvəl D.Trampın qələbə qazanacağı təqdirdə ABŞ-ı tərk edəcəyinə söz vermişdi.

Cənubi Afrikada keçirilən Təhsil Konfransında yazıçı artıq özünü ABŞ-da rahat hiss etmədiyini bildirib.

Qeyd edək ki, nigeriyalı yazıçı Ədəbiyyat üzrə Nobel mükafatını 1986-cı ildə alıb və bu mükafata sahib çıxan ilk afrikalı yazıçı olub.

Son xəbərlər

Orphus sistemi