"Nissan" avtomobil konserni rəhbərinin həbs müddəti uzadılıb

Digər ölkələr
  • 23 dekabr, 2018
  • 06:27
Nissan avtomobil konserni rəhbərinin həbs müddəti uzadılıb

Bakı. 23 dekabr. REPORT.AZ/ Tokio dairə məhkəməsi "Nissan" avtomobil konserninin rəhbəri Karlos Qonun həbs müddətini uzadıb.

"Report" NHK telekanalına istinadən xəbər verir ki, o, 1 yanvar 2019-cu il tarixinə qədər həbsdə qalacaq.

Karlos Qon noyabrın 19-da maliyyə fırıldaqçılığı və gəlirlərin gizlədilməsində şübhəli bilinərək həbs edilib. Müqəssir ona ünvanlanan ittihamları rədd edir.