Aktyor Nikolas Keycin oğlu sərxoş vəziyyətdə maşınla ağaca çırpılıb

Digər ölkələr
  • 07 fevral, 2017
  • 00:54
Aktyor Nikolas Keycin oğlu sərxoş vəziyyətdə maşınla ağaca çırpılıb

Bakı. 7 fevral. REPORT.AZ/ Məşhur Hollivud aktyoru Nikolas Keycin oğlu sərxoş vəziyyətdə qəza törədib və daha sonra hadisə yerindən qaçmaq istəyib.

"Report" "Daily Mail"ə istinadən xəbər verir ki, o, polis maşınlarından qaçmaq istəyərkən ağaca çırpılıb və saxlanılıb.

26 yaşlı Veston Keycin avtomobili ağaca dəyməmişdən öncə bir neçə poçt qutusuna ziyan vurub.