Nikaraquada 3 ayda aksiyalar zamanı 317 nəfər ölüb

Nikaraquada 3 ayda aksiyalar zamanı 317 nəfər ölüb Bakı. 2 avqust. REPORT.AZ/ Nikaraquada 3 ayda etirazlar zamanı ölənlərin sayı 300 nəfəri ötüb.
Digər ölkələr
2 Avqust , 2018 21:53
Nikaraquada 3 ayda aksiyalar zamanı 317 nəfər ölüb

Bakı. 2 avqust. REPORT.AZ/ Nikaraquada 3 ayda etirazlar zamanı ölənlərin sayı 300 nəfəri ötüb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Amerika Dövlətləri Təşkilatı (ADT) yanında İnsan Haqları Komissiyası məlumat yayıb.

Komissiyanın ADT-nin saytında dərc olunmuş məruzəsində bildirilir ki, aprelin 18-dən iyulun 30-dək olan dövrdə həlak olanların sayı 317 nəfərə çatıb.

Hüquq müdafiəçiləri isə bildiriblər ki, həlak olanlar arasında 21 polis əməkdaşı, 23 uşaq və yeniyetmə var.

Komissiya qeydə alınmış bütün qətlləri pisləyib və təkidlə Nikaraqua hökumətini bu cinayətlərin hər birini operativ, ətraflı araşdırmağa çağırıb.

Bununla yanaşı, qeyri-hökumət təşkilatı olan "Nikaraquanın İnsan Hüquqları Uğrunda Assosiasiyası"nın hesablamalarına görə, aprel ayından azı 448 nəfər zorakılığın qurbanı olub.

Son xəbərlər

Orphus sistemi