Nigeriyada silahlılar məktəbə hücum edərək, azı 80 şagirdi qaçırdılar

Nigeriyada silahlılar məktəbə hücum edərək, azı 80 şagirdi qaçırdılar Nigeriyanın Kibbi ştatının Birnin-Yaur qəsəbəsində terrorçular orta təhsil müəssisəsinə hücum edərək, azı 80 məktəblini, habelə yaşca bir neçə böyük şagirdi oğurlayıblar.
Digər ölkələr
19 İyun , 2021 04:16
Nigeriyada silahlılar məktəbə hücum edərək, azı 80 şagirdi qaçırdılar

Nigeriyanın Kibbi ştatının Birnin-Yaur qəsəbəsində terrorçular orta təhsil müəssisəsinə hücum edərək, azı 80 məktəblini, habelə yaşca bir neçə böyük şagirdi oğurlayıblar.

Bu barədə “Report” “Reuters”ə istinadən xəbər verir.

Qeyd edilir ki, oğurlananların əksəriyyəti qızlardır. Silahlılar məktəbə hücum zamanı polisi və tibbi yardım göstərilən şagirdi öldürüblər.

Hüquq-mühafizə orqanları əməkdaşlarının görə, şagirdlər pula görə oğurlanıblar. Hazırda polis oğurlanmış uşaqların dəqiq sayını müəyyənləşdirir.

Son xəbərlər

Orphus sistemi