Bakı. 14 iyun. REPORT.AZ/ Nigeriyanın şimal-qərbində silahlı qruplaşmanın hücumu zamanı 10 nəfər öldürülüb.
"Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Zamfara vilayətinin polis rəsmisi Məhəmməd Şehu bildirib ki, Birnin-Magaji bölgəsinə silahlı qruplaşmanın hücumu nəticəsində habelə xeyli insan yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı təhqiqat başlayıb. Bu bölgədə maldarlarla əkinçilər arasında şiddətli qarşıdurmalar baş verir. Zamfara vilayətində 2 həftə əvvəl baş verən qarşıdurmada 26 nəfər öldürülüb.