Nigeriyada qoyun sürüsü üstündə atışma olub, 36 nəfər ölüb
Digər ölkələr
- 16 fevral, 2018
- 22:47
Bakı. 17 fevral. REPORT.AZ/ Nigeriyada qoyun sürüsü üstündə atışma nəticəsində 36 nəfər ölüb.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "News Agency of Nigeria" məlumat yayıb.
Yerli ovçular fevralın 13-də, güman etdiklərinə görə, oğurluq ev heyvanlarını otaran çobana rast gəliblər. Kişi ovçuları görən kimi qoyun sürüsünü ataraq qaçmağa başlayıb.
Bu hadisədən sonra o, kömək üçün qonşu rayonun quldur dəstəsinə müraciət edib və onları ovçular üçün pusqu qurmağa razı salıb.
Nəticədə iki dəstə arasında atışma olub. Hadisə yerinə polis gəlib. Ümumilikdə 18 cəsəd aşkar olunub. Lakin asayiş keşikçiləri əmindirlər ki, quldurlar daha 18 meyiti özləri ilə aparıblar. Cinayətkarların axtarışı davam etdirilir.
Son xəbərlər
08:12
Foto
Video
FHN: Bakı, Sumqayıt və Abşeronda su basmış ərazilərdən onlarla insan təxliyə edilib - YENİLƏNİB
Hadisə07:55
ABŞ ilk dəfə Səudiyyə Ərəbistanına F-35 qırıcı təyyarələri satacaq
Digər ölkələr07:29
"Bavariya"nın 18 yaşlı oyunçusu Karl Almaniya millisində debüt edib
Futbol07:11
Tramp: İranda zərbə endirməli olduğumuz 3 500-dən çox hədəf qalıb
Digər ölkələr06:42
AEBA: İranın Xondab zavoduna hücumdan sonra radiasiya yayılma riski yoxdur
Region06:06
Tramp: NATO-nun İrana qarşı əməliyyatda iştirak etməməsi səhv idi
Digər ölkələr05:38
Rubio: ABŞ və Rusiya arasında dialoq vacibdir
Digər ölkələr05:18
Bolqarıstan qiymət artımı səbəbindən biznesə 100 milyon avro kompensasiya ayıracaq
Digər ölkələr04:57