Nigeriyada məscidə hücum nəticəsində ölənlərin sayı 50 nəfərə çatıb

Digər ölkələr
  • 20 avqust, 2025
  • 16:17
Nigeriyada məscidə hücum nəticəsində ölənlərin sayı 50 nəfərə çatıb

Nigeriyanın şimal-qərbində silahlı qrupların məscidə hücumu nəticəsində 50 nəfər həlak olub, daha 60 nəfər oğurlanıb.

“Report” xəbər verir ki, bu barədə “Reuters” yerli hakimiyyət orqanlarına istinadən bildirib.

Hadisə avqustun 19-da Malumfaşi bölgəsinin Unquvan-Mantau yaşayış məntəqəsində səhər namazı zamanı baş verib.

Şahidlərin sözlərinə görə, silahlı şəxslər məscidin içində atəş açıblar, sonra isə kənd boyunca hərəkət ediblər.

Katsina ştatının polis nümayəndəsi Abubakar Sadik Aliyu bildirib ki, asayiş keşikçiləri hücum edənləri saxlayıb və iki kəndə planlaşdırılan hücumun qarşısını alıblar. Lakin Mantau kəndindən qaçarkən cinayətkarlar yenidən sakinlərə atəş açıblar. Təhlükəsizlik qüvvələri gələnə qədər onlar bir neçə evi yandırıblar.

“Reuters” qeyd edir ki, son illərdə Nigeriyanın şimal-qərbində cinayətkar dəstələrin kəndlərə və avtomobil yollarına hücumları artıb. Onlar fidyə üçün sakinləri oğurlayır və fermerlərdən hədə-qorxu ilə pul alırlar.

Son xəbərlər

Bütün Xəbər Lenti