Nigeriyada benzindaşıyan avtomobil partlayıb, 50 nəfər ölüb, 70-i yaralanıb

Nigeriyada benzindaşıyan avtomobil partlayıb, 50 nəfər ölüb, 70-i yaralanıb Nigeriyanın Benue əyalətində benzindaşıyan avtomobildə baş verən partlayış nəticəsində azı 50 nəfər ölüb, 70 nəfər yaralanıb.
Digər ölkələr
2 İyul , 2019 14:24
Nigeriyada benzindaşıyan avtomobil partlayıb, 50 nəfər ölüb, 70-i yaralanıb

Nigeriyanın Benue əyalətində benzindaşıyan avtomobildə baş verən partlayış nəticəsində azı 50 nəfər ölüb, 70 nəfər yaralanıb.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, bunu Benue əyalətinin məsul şəxslərindən biri olan Xristofer Avi bildirib.

Qeyd olunub ki, hadisə qəzaya uğrayan avtomobildəki benzini sakinlər boşaltmaq istəyərkən baş verib.

Onun sözlərinə görə, partlayış nəticəsində ölənlərdən hazırda 50 nəfərin meyiti çıxarılıb, 70 nəfər yaralanıb və çoxlu sayda insan itkin düşüb.

Yaralılar xəstəxanaya yerləşdirilib, hadisə yerinin ətrafındakı evlər kül olub.

Partlayışın səbəbi araşdırılır. 

Son xəbərlər

Orphus sistemi