Niderland Ukraynaya yeni yardım paketi ayırıb
Digər ölkələr
- 02 sentyabr, 2024
- 17:12
Niderland Ukraynaya 200 milyon avro məbləğində yeni yardım paketi ayırıb.
“Report”un xəbərinə görə, bu barədə Niderlandın Baş naziri Dik Şuf Zaporojye şəhərinə səfəri zamanı “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.
"Biz Ukraynaya kömək etmək üçün əlimizdən gələni etməliyik. Özü də təkcə cəbhədə yox, həm də gündəlik həyatda. Buna görə də Niderland 200 milyon avrodan artıq məbləğdə yeni yardım paketi təqdim edir”, - o qeyd edib.
Baş nazirin sözlərinə görə, vəsait ilk növbədə, enerji infrastrukturunun qorunması və təmirinə, eləcə də humanitar yardımın göstərilməsinə yönəldiləcək.
Bu, Dik Şufun Niderlandın baş naziri postunda Ukraynaya ilk səfəridir.
Son xəbərlər
22:58
Stend atıcılığı üzrə Federasiya Kubokunun qalibləri müəyyənləşib
Fərdi22:57
ABŞ və Macarıstan enerji sahəsində əməkdaşlığı gücləndirir
Digər ölkələr22:46
Video
Rəhim Həsənov Elçin Məsiyev və Kamal Umudlunun oyunlar zamanı səhv qərarlar verdiyini bildirib
Futbol22:42
UEFA Avropa Liqasında 1/4 final mərhələsinə bir oyunla start verilib
Futbol22:36
Ağ Ev: İran mümkün razılaşma üçün əsas götürülən planı ABŞ-yə təqdim edib
Digər ölkələr22:22
Ərdoğan: Atəşkəsin sülh üçün yaratdığı fürsət hədər edilməməlidir
Region22:14
İranla danışıqlarda ABŞ-ni Vens, Uitkoff və Kuşner təmsil edəcək
Digər ölkələr22:10
Foto
Azərbaycan ilə Zimbabve arasında dayanıqlı şəhərlə bağlı əməkdaşlıq müzakirə olunub
İnfrastruktur22:06