Niderland, Britaniya və Yaponiya vətəndaşlarına Ukraynanı tərk etməyi tövsiyə edib

Niderland, Britaniya və Yaponiya vətəndaşlarına Ukraynanı tərk etməyi tövsiyə edib Niderland hakimiyyəti öz vətəndaşlarını təhlükəsizlik baxımından Ukrayna ərazisini mümkün qədər tez tərk etməyə çağırıb.
Digər ölkələr
12 Fevral , 2022 00:18
Niderland, Britaniya və Yaponiya vətəndaşlarına Ukraynanı tərk etməyi tövsiyə edib

Niderland hakimiyyəti öz vətəndaşlarını təhlükəsizlik baxımından Ukrayna ərazisini mümkün qədər tez tərk etməyə çağırıb.

Bu barədə "Report" xarici KİV-ə istinadən xəbər verir. Məlumata görə, oxşar tövsiyə Britaniya Xarici İşlər Nazirliyi tərəfindən də verilib.

"Britaniya Xarici İşlər Nazirliyi Ukraynaya səfər etməməyi tövsiyə edir. Ukraynada olan Britaniya vətəndaşları kommersiya uçuşlarının mövcud olduğu bir vaxtda dərhal oranı tərk etməlidirlər", - Britaniya mediası məlumat yayıb.

Yaponiya Xarici İşlər Nazirliyi həmvətənlərini Ukraynanı dərhal tərk etməyə çağıran tövsiyə yayıb. "Nikkei Asia"nın məlumatına görə, hazırda Ukraynada təxminən 150 yapon ola bilər.

Bundan əvvəl ABŞ, İsrail və Cənubi Koreya öz vətəndaşlarından təhlükə yarada biləcək ərazilərdən çıxmağı xahiş edib.

Son xəbərlər

Orphus sistemi