Netanyahu Vaşinqtonda Bayden və Harrislə görüşüb

Netanyahu Vaşinqtonda Bayden və Harrislə görüşüb ABŞ-nin paytaxtı Vaşinqtonda səfərdə olan İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Cozef Baydenlə görüşüb.
Digər ölkələr
26 İyul , 2024 07:43
Netanyahu Vaşinqtonda Bayden və Harrislə görüşüb

ABŞ-nin paytaxtı Vaşinqtonda səfərdə olan İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Cozef Baydenlə görüşüb.

“Report” xəbər verir ki, tərəflər Qəzzadakı hadisələri, atəşkəs və Fələstinin radikal “HƏMAS” hərəkatının saxladığı girovların azad edilməsi üçün aparılan danışıqların gedişatını müzakirə ediblər.

Prezident Bayden boşluqları tez bir zamanda aradan qaldırmaq, razılığa gəlmək, girovları qaytarmaq və Qəzzada davamlı atəşkəsə nail olmaq zərurətindən danışıb.

Daha sonra Benyamin Netanyahu Ağ Evdə vitse-prezident Kamala Harrislə görüşüb. Görüş təxminən 40 dəqiqə davam edib. Görüşdə nələrin müzakirə edildiyi açıqlanmayıb.

Qeyd edək ki, İsrailin Baş naziri Respublikaçılar partiyasından prezidentliyə namizəd Donald Trampla da görüşəcək.

Son xəbərlər

Orphus sistemi