İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza ilə bağlı danışıqların aparılması üçün avqustun 3-4-də Qahirəyə nümayəndə heyəti göndərilməsini təsdiqləyib.
“Report” xəbər verir ki, bu barədə “Ynet” portalı məlumat yayıb.
Müzakirə mövzusu Qəzza zolağında saxlanılan girovların azad edilməsinə dair razılaşma və anklavda atəşkəs olacaq.
Netanyahunun ofisi nəşrə bildirib ki, regionda vəziyyətin pisləşməsinə baxmayaraq, İsrail girovların azad edilməsi üçün danışıqları davam etdirməyə sadiqdir.
“HƏMAS-ın mövcud şərtlərlə razılaşdığı iddiası yalandır. İsrailin bütün tələbləri 27 may razılaşması çərçivəsindədir. İddia edilənlərin əksinə olaraq, Baş nazir yeni şərtlər əlavə etməyib”.
Bundan əvvəl EFE agentliyi Misir təhlükəsizlik xidmətindəki mənbələrə istinadla bildirmişdi ki, HƏMAS Siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra Qəzza zolağında atəşkəs danışıqlar ilə bağlı vasitəçi qismində çıxış edən Misir və Qətərin İsraillə əlaqəsi tamamilə dayandırılıb.