Netanyahu “HƏMAS”ın hücumundan xəbəri olması ilə bağlı iddiaları rədd edib
Digər ölkələr
- 29 oktyabr, 2023
- 00:43
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İsrailin Baş naziri Benyamin Netanyahu HƏMAS-ın hücumu ilə bağlı ona əvvəlcədən xəbərdarlıq edildiyinə dair iddiaları təkzib edib.
“Report” xəbər verir ki, bu barədə siyasətçi “X” hesabında yazıb.
“Heç bir şəraitdə və heç bir mərhələdə HƏMAS-ın hərbi niyyətləri barədə xəbərdarlıq almamışam. Əksinə, Milli Təhlükəsizlik Şurasının və Baş Təhlükəsizlik Xidmətinin rəhbəri də, bütün təhlükəsizlik rəsmiləri HƏMAS-ın təmkinli olduğunu və həll yoluna getdiyini qiymətləndirirdi”, - Netanyahu vurğulayıb.
Bundan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu “HƏMAS”ın oktyabrın 7-də törətdiyi hücumun şərtlərinin yalnız Qəzza zolağında yerüstü əməliyyat başa çatdıqdan sonra araşdırılacağını bildirib.
Son xəbərlər
09:01
"Turan Tovuz" bu gün Bakıda "Fənərbağça" ilə üz-üzə gələcək
Futbol08:55
Azərbaycan nefti cüzi ucuzlaşıb
Energetika08:46
"Axios": Ağ Evin aparıcı şəxsləri İranla bağlı gizli görüş keçiriblər
Digər ölkələr08:19
Avstraliyanın Nyukasl şəhərində avtomobil izdihama çırpılıb, 10 nəfər xəsarət alıb
Digər ölkələr07:42
Türk İnvestisiya Fondu: Türk dünyasında iqtisadi əməkdaşlığı inkişaf etdirməyə sadiqik
Biznes07:19
"Yonhap": Şimali Koreya Şərq dənizi istiqamətində raket buraxıb - YENİLƏNİB
Digər ölkələr06:51
Türkiyədə 31 milyard lirədən çox vergi fırıldağı üzə çıxarılıb, 52 nəfər saxlanılıb
Region06:25
İranda dənizçilik fəaliyyətləri müvəqqəti qadağan edilib
Region05:59