Nepalda​ polisin açdığı atəş nəticəsində 3 nümayişçi ölüb

Digər ölkələr
  • 21 yanvar, 2016
  • 16:37
Nepalda​ polisin açdığı atəş nəticəsində 3 nümayişçi ölüb

Bakı. 21 yanvar. REPORT.AZ/ Polisin Nepalın cənubunda keçirilən aksiyanın iştirakçılarına açdığı atəş nəticəsində 3 nəfər həlak olub.

Məlumatı "Report" "Associated Press" agentliyinə istinadən yayıb.

"Bu addım iki qrup arasında qarşıdurmanı əngəlləmək üçün atılıb. Əks təqdirdə, çoxlu sayda insan tələfatı qaçilmaz ola bilərdi", - deyə yerli məmur qeyd edib.

Agentliyin verdiyi xəbərə görə, iki nəfər Nepalın paytaxtı Katmandudan 215 cənub-şərqdə, Rangel şəhərində öldürülüb.

Daha bir nəfər qonşu Qainiyada öldürülüb. Yerli hakimiyyət nümayəndələrinin sözlərinə görə, ən azı 8 nəfər yaralanıb.