Nensi Pelosi: “Tramp Putinin köməkçisidir”

Nensi Pelosi: “Tramp Putinin köməkçisidir” ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi prezident Donald Trampın hərəkətlərini Rusiya prezidenti Vladimir Putin üçün “hədiyyə” adlandırıb.
Digər ölkələr
8 Yanvar , 2021 00:03
Nensi Pelosi: “Tramp Putinin köməkçisidir”
Nensi Pelosi
0 : 00
0 : 00

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi prezident Donald Trampın hərəkətlərini Rusiya prezidenti Vladimir Putin üçün “hədiyyə” adlandırıb.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

“Bu prezident (Donald Tramp – Red) Putinin alətidir. Putinin məqsədi dünyada demokratiyanın rolunu, nüfuzunu azaltmaq idi. O bununla məşğul idi. Və bu istiqamətdə uzun müddət köməkçisi Donald Tramp olub. Prezident dünən Putinə hədiyyələrin ən böyüyünü verdi”-deyə, Pelosi keçirdiyi mətbuat konfransında deyib.

Pelosi həmçinin prezident Donald Trampın hakimiyyətdən kənarlaşdırılması üçün ABŞ Konstitusiyasına 25-ci düzəlişin müddəalarından istifadə edilməsinin lehinə olduğunu bildirib.

Bundan əvvəl Demokratlar Partiyasının Senatdakı lideri Çak Şumer eyni bəyanatla çıxış edərək vitse-prezident Mayk Pensə çağırış etmişdi.

Son xəbərlər

Orphus sistemi