Baş katib: "NATO Ukraynada hərbi islahatlara yardım edir"

Baş katib: "NATO Ukraynada hərbi islahatlara yardım edir" O, qeyd edib ki, qanuni hakimiyyətə silah verməklə ona qarşı döyüşən separatçıları silahlandırmaq arasında fərq var
Digər ölkələr
16 Fevral , 2015 10:23
Baş katib: NATO Ukraynada hərbi islahatlara yardım edir

Bakı. 16 fevral. REPORT.AZ/ Hərbi sahədə islahatlar aparmaq üçün NATO Ukraynaya yardım edir.

"Report" "BBC"yə istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

"Ukraynanın silahlanması ilə bağlı alyansa üzv dövlətlərin hər biri ayrılıqda qərar qəbul edir", - o, vurğulayıb.

Baş katib qeyd edib ki, qanuni hakimiyyətə silah verməklə ona qarşı döyüşən separatçıları silahlandırmaq arasında fərq var.

Onun sözlərinə görə, NATO Rusiya ilə münaqişəyə cəhd etmir, onunla konstruktiv tərəfkeşlik münasibətlərini qurmağa çalışır: "Bununla belə Moskva bütün dövlətlərin suverenliyinə hörmət etməlidir".

Son xəbərlər

Orphus sistemi