NATO baş katibi: "Polşa, Estoniya, Litva və Latviyaya min hərbçidən ibarət tabor göndəriləcək"

NATO baş katibi: "Polşa, Estoniya, Litva və Latviyaya min hərbçidən ibarət tabor göndəriləcək" Bu taborlar ABŞ, Böyük Britaniya, Almaniya və Kanada hərbçilərindən formalaşdırılacaq
Digər ölkələr
15 İyun , 2016 11:43
NATO baş katibi: Polşa, Estoniya, Litva və Latviyaya min hərbçidən ibarət tabor göndəriləcək

Bakı. 15 iyun. REPORT.AZ/ NATO Polşa, Estoniya, Litva və Latviyada 4 min hərbçi yerləşdirəcək.

“Report” “Milliyet” qəzetinə istinadən xəbər verir ki, bu barədə Alyansa üzv ölkələrin müdafiə nazirlərinin Brüssel şəhərində keçirilmiş görüşündə qərar qəbul olunub.

NATO baş katibi Yens Stoltenberq bildirib ki, hər bir ölkəyə min hərbçidən ibarət tabor göndəriləcək: “Alyans şərqdə mövcudluğunu artırmağa qərar verdi. Bu taborlar ABŞ, Böyük Britaniya, Almaniya və Kanada hərbçilərindən formalaşdırılacaq. Həmin dövlətlər “soyuq müharibə”dən sonra qurulmuş ən böyük hərbi ittifaqdan razıdırlar və Rusiya təhlükəsinə qarşı hərbçilərin sayının artırılmasını istəyirlər".

Son xəbərlər

Orphus sistemi