Londonun qərbində Britaniya monarxlarının iqamətgahı olan Vindzor qəsri ərazisindəki fermadan iki naməlum şəxs yük maşını və kvadrosikl oğurlayıb.
“Report” bu barədə “The Sun” qəzetinə istinadən xəbər verir.
Məlumata görə, üzlərini maskalarla gizlədən şəxslər polis əməkdaşlarının azlığı səbəbindən kral III Karlın iqamətgahında təhlükəsizlik səviyyəsinin aşağı olmasından istifadə edərək, demək olar, iki metrlik hasarın üzərinə çıxıblar. Qeyd olunur ki, cinayətkarlar avtomobilləri oğurlayarkən giriş qapısına çırpıblar, nəticədə onlar sonradan dəyişdirilməli olublar. Hüquq-mühafizə orqanlarının əməkdaşları qəzetə bildiriblər ki, “indiki mərhələdə heç bir həbs yoxdur və istintaq davam edir”.
Nəşrin məlumatına görə, cinayət baş verən zaman Britaniya taxtının varisi şahzadə Uilyam, həyat yoldaşı Ketrin və üç uşağı Vindzor qəsrinin şərqindəki qonşu Adelaida kotecində olub. Eyni zamanda III Karl həmin vaxt Şotlandiyada, Kraliça Kamilla isə Avstraliya və Samoaya birgə rəsmi səfərindən əvvəl Hindistandakı sağlamlıq mərkəzində idi.