Myanmanın dövlət katibi "Oxsford azadlıq nişanı" medalından məhrum edilə bilər

Myanmanın dövlət katibi "Oxsford azadlıq nişanı" medalından məhrum edilə bilər Oksford Universiteti isə Aunq San Su Cinin binanın girişindəki portretini divardan çıxarıb
Digər ölkələr
4 Oktyabr , 2017 21:09
Myanmanın dövlət katibi Oxsford azadlıq nişanı medalından məhrum edilə bilər

Bakı. 4 oktyabr. REPORT.AZ/ ABŞ-ın Oksford şəhər bələdiyyəsi Myanmanın dövlət katibi Aunq San Su Cinin "Oxsford azadlıq nişanı" medalından məhrum edilməsi barədə qərar çıxarıb.  

"Report" "Haber7"yə istinadən xəbər verir ki, buna səbəb myanmalı siyasətçinin Rakhayn (Arakan) ştatında müsəlman rohincaların hüquqlarının pozulmasına səssiz qalmasıdır. 

Tövsiyə xarakterli qərara Oksford şəhər bələdiyyə məclisinin noyabrın 27-də keçiriləcək iclasında yenidən baxılacaq. 

Qeyd edək ki, Aunq San Su Ci "Oxsford azadlıq nişanı" medalına 1997-ci ildə Myanmadakı demokratiya uğrunda mübarizəsi və Oksford şəhəri ilə şəxsi əlaqələrinə görə layiq görülüb. 

Xatırladaq ki, Oksford Universiteti də Aunq San Su Cinin binanın girişindəki portretini divardan çıxarıb. 

Son xəbərlər

Orphus sistemi