Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 1 600-ü keçib
Digər ölkələr
- 29 mart, 2025
- 18:25
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Myanmada baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 1 644-ə çatıb, 3 400-dən çox yaralı var.
“Report” xəbər verir ki, bu barədə "Xinxua" agentliyi Myanma Dövlət İnzibati Şurasının mətbuat xidmətinə istinadən məlumat yayıb.
Bildirilib ki, təbii fəlakət nəticəsində həmçinin 139 nəfər itkin düşüb.
Bundan əvvəl 1 002 nəfərin öldüyü, 2 376 nəfərin yaralandığı bildirilirdi.
Xatırladaq ki, martın 28-də səhər saatlarında Myanmada 7,9 və 6,4 maqnituda gücündə iki zəlzələ baş vermişdi. Martın 29-da 5,2 maqnituda gücündə üçüncü seysmik hadisə qeydə alınmışdı. Fəlakət evləri, Saqainq və Mandalay şəhərlərini birləşdirən körpünü dağıdıb, Mandalay və Naypyitav beynəlxalq hava limanlarına ciddi ziyan vurub.
Son xəbərlər
12:38
Sabah Bakıda hava çiskinli olacaq
Ekologiya
12:38
Şafkat Mirziyoyev: Azərbaycanın AQEM-ə sədrliyi dövründəki təşəbbüslərinə görə təşəkkür edirik
Xarici siyasət
12:38
AMB: Lombardların girov götürdükləri əmlaklar qorunacaq
Maliyyə
12:36
Tokayev: "Transxəzər rabitə xəttinin istifadəyə verilməsi mühüm mərhələdir"
İKT
12:33
Foto
Azərbaycanın mədəni irsi Yaponiya serialında təqdim olunacaq
Turizm
12:33
Azərbaycanın futzal millisi tarixdə ilk dəfə Lənkəranda rəsmi oyuna çıxacaq
Futbol
12:32
Qazaxıstan AQEM çərçivəsində preventiv diplomatiya mexanizminin yaradılmasını təklif edib
Xarici siyasət
12:30
Tokayev: Azərbaycan AQEM-i tamhüquqlu beynəlxalq təşkilata çevirmək vəzifəsini həyata keçirir
Xarici siyasət
12:30
Foto
Zakir Həsənov qırğız həmkarı ilə əməkdaşlığı müzakirə edib
Hərbi