Münhendə dəmiryol stansiyasında naməlum şəxs 4 nəfəri bıçaqlayıb - FOTO

Digər ölkələr
  • 10 may, 2016
  • 06:18
Münhendə dəmiryol stansiyasında naməlum şəxs 4 nəfəri bıçaqlayıb - FOTO

Bakı. 10 may. REPORT.AZ/ Almaniyada Münhen dəmiryol stansiyasında naməlum şəxs sərnişinlərə bıçaqla hücum edib. "Report" Almaniya KİV-inə istinadən xəbər verir ki, hadisə nəticəsində 4 nəfər bıçaqla yaralanıb.

Artıq hüquq-mühafizə orqanları hücumu həyata keçirməkdə şübhəli bilinən şəxsi yaxalayıb.

Yerli KİV-in məlumatına görə, şübhəli şəxs, çox güman, miqrantdır. Hadisə şahidləri şübhəli şəxsin hücum zamanı "Allahu əkbər" deyə qışqırdığını bildirib.

Məlumata görə, hücum nəticəsində zərərçəkənlərdən biri nəfər ağır yaralanıb.