Münxendə ABŞ-ın vitse-prezidentinin təyyarəsi xarab olub - VİDEO

Digər ölkələr
  • 18 fevral, 2023
  • 17:36
Münxendə ABŞ-ın vitse-prezidentinin təyyarəsi xarab olub - VİDEO

Münxen Təhlükəsizlik Konfransında iştirak edən ABŞ-ın vitse-prezidenti Kamala Harris əsas təyyarədəki nasazlıq səbəbindən “Boeing C-17 Globemaster" hərbi-nəqliyyat təyyarəsi ilə ABŞ-a qayıdacaq.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg”in jurnalisti Cennifer Ceykobs tviterdə yazıb.

“Vitse-prezidentin mavi və ağ təyyarəsi xarab olub. Kamala Harris Almaniyadan ABŞ-a C-17 dəstək təyyarəsi ilə qayıdacaq”- deyə, o bildirib.

Onun sözlərinə görə, artıq K.Harris hərbi təyyarə ilə ABŞ-a yola düşüb.

Münxenə səfərində onu müşayiət edən ABŞ vitse-prezidentinin mətbuat xidməti daha sonra Harrisin hərbi nəqliyyat təyyarəsi ilə ABŞ-a qayıdacağını təsdiqləyib.

44 - Tezliklə