Münxendə ABŞ-ın vitse-prezidentinin təyyarəsi xarab olub - VİDEO

Münxendə ABŞ-ın vitse-prezidentinin təyyarəsi xarab olub - VİDEO Münhen Təhlükəsizlik Konfransında iştirak edən ABŞ-ın vitse-prezidenti Kamala Harris əsas təyyarədəki nasazlıq səbəbindən “Boeing C-17 Globemaste”r hərbi-nəqliyyat təyyarəsi ilə ABŞ-a qayıdacaq.
Digər ölkələr
18 Fevral , 2023 21:36
Münxendə ABŞ-ın vitse-prezidentinin təyyarəsi xarab olub - VİDEO

Münxen Təhlükəsizlik Konfransında iştirak edən ABŞ-ın vitse-prezidenti Kamala Harris əsas təyyarədəki nasazlıq səbəbindən “Boeing C-17 Globemaster" hərbi-nəqliyyat təyyarəsi ilə ABŞ-a qayıdacaq.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg”in jurnalisti Cennifer Ceykobs tviterdə yazıb.

“Vitse-prezidentin mavi və ağ təyyarəsi xarab olub. Kamala Harris Almaniyadan ABŞ-a C-17 dəstək təyyarəsi ilə qayıdacaq”- deyə, o bildirib.

Onun sözlərinə görə, artıq K.Harris hərbi təyyarə ilə ABŞ-a yola düşüb.

Münxenə səfərində onu müşayiət edən ABŞ vitse-prezidentinin mətbuat xidməti daha sonra Harrisin hərbi nəqliyyat təyyarəsi ilə ABŞ-a qayıdacağını təsdiqləyib.

Son xəbərlər

Orphus sistemi