Mun Çje İn Cənubi Koreyanın yeni prezidenti seçilib

Mun Çje İn Cənubi Koreyanın yeni prezidenti seçilib Məlumata görə, ona 13,4 milyon seçici səs verib
Digər ölkələr
10 May , 2017 04:36
Mun Çje İn Cənubi Koreyanın yeni prezidenti seçilib

Bakı. 10 may. REPORT.AZ/ Cənubi Koreyanın yeni prezidenti vəzifəsinə Mun Çje İn seçilib.

"Report" xəbər verir ki, bu barədə "Renhap" agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, o, dünən keçirilmiş seçkilərdə Milli Seçki Komissiyasının (MSK) qərarı ilə 41,1% seçici səsi toplayıb. Mun Çje İn bununla da rəsmən Cənubi Koreyanın yeni prezidenti vəzifəsinin icrasına başlayıb.

Məlumata görə, ona 13,4 milyondan çox seçici səs verib.

Son xəbərlər

Orphus sistemi