Moldova parlamenti iyulun 31-də bazar ertəsi keçiriləcək iclasında Nazirlər Kabinetinin ölkədə fövqəladə vəziyyətin daha 60 gün uzadılması təşəbbüsünə baxacaq. Bu cür tədbirlər Rusiya Federasiyasının Ukraynaya qarşı davam edən müharibəsi ilə bağlıdır.
Bu barədə “Report” “tv8.md” nəşrinə istinadən xəbər verir.
Deputatların iclası yaz-yay sessiyasında sonuncu olacaq. Moldova hökuməti fövqəladə vəziyyətin uzadılması zərurətini ölkənin milli təhlükəsizliyinə risklərin davam etməsi ilə izah edib.
Təşəbbüslə bağlı sənəddə qeyd edilib ki, Moldova hələ də hibrid müharibə, yalan məlumatların təbliği, hərbi məqsədlər üçün manipulyasiya və etniklərarası zorakılığa məruz qalır:
“Eyni zamanda, Ukraynadakı müharibə Moldovaya təbii qaz və elektrik enerjisinin verilməsinə mane ola bilər”.