Mixeil Saakaşvili gələn il Ukraynaya qayıtmaq niyyətindədir

Mixeil Saakaşvili gələn il Ukraynaya qayıtmaq niyyətindədir Bakı. 29 oktyabr. REPORT.AZ/ Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvili gələn ilin may ayında Ukraynaya qayıdacaq.
Digər ölkələr
29 Oktyabr , 2018 16:36
Mixeil Saakaşvili gələn il Ukraynaya qayıtmaq niyyətindədir
Mixeil Saakaşvili
0 : 00
0 : 00

Bakı. 29 oktyabr. REPORT.AZ/ Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvili gələn ilin may ayında Ukraynaya qayıdacaq.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə onun silahdaşı, Ali Radanın deputatı, Yeni Qüvvələr Hərəkatı Partiyasının üzvü Yuri Derevyanko bildirib.

"Saakaşvili 2019-cu ilin may ayında, prezident seçkilərindən sonra Ukraynaya qayıdacaq. Parlament seçkilərinə qədər o, ölkənin siyasi həyatında aktiv iştirakçı olacaq", - Y.Derevyanko deyib.

Xatırladaq ki, 2017-ci ilin iyul ayının sonlarında Petro Poroşenko Saakaşvilinin Ukrayna vətəndaşlığının ləğvi barədə fərman imzalayıb. Ukrayna hökuməti onu Polşaya göndərib, payızda isə Saakaşvili sərhədçilərin və hüquq-mühafizə orqanları əməkdaşlarının yaratdığı kordonu dəf edərək qanunsuz yolla Ukrayna ərazisinə daxil olub. Ukraynanın Sərhəd Xidməti Saakaşviliyə 2021-ci ilə qədər ölkəyə daxil olmağı qadağan edib.

M.Saakaşvili avqust ayında Prezident Petro Poroşenkonun vəzifədən getməsindən sonra Ukraynaya qayıdacağını elan edib.

Son xəbərlər

Orphus sistemi