Misirdə parlament seçkiləri keçirilir

Misirdə parlament seçkiləri keçirilir Səs vermə hüququna 27 milyon vətəndaş malikdir.
Digər ölkələr
18 Oktyabr , 2015 12:26
Misirdə parlament seçkiləri keçirilir

Bakı. 18 oktyabr. REPORT.AZ/ Misirdə bu gün və sabah qanunverici məclisə seçkilərdə səsvermələrin birinci turu keçiriləcək.

"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, Nümayəndələr Palatasına iki mərhələdə – oktyabrın 18-19-da ölkənin 14 əyalətində və noyabrın 22-23-də qalan 13 regionda keçiriləcək seçkilərdə yeddi siyasi koalisiya iştirak edəcək.

Səs vermə hüququna 27 milyon vətəndaş malikdir.

Parlamentin birbaşa səsvermə yolu ilə 568 üzvü olacaq. Onlardan 448-i müstəqil, 120-si partiya siyahısı üzrə deputatlar olacaq. Bundan başqa, deputatların 5 faizi ölkənin prezidenti tərəfindən təyin ediləcək. Parlamentin səlahiyyət müddəti 5 ildir.

Ölkənin xaricində seçki oktyabrın 17-18-də, ikinci mərhələ çərçivəsində isə 21-22-də keçiriləcək.

Parlament seçkilərində ekspertlərin seçkiqabağı mübarizənin favoriti adlandırdığı “Misirə sevgi ilə”, habelə “Misir cəbhəsi” və “Müstəqillik uğrunda hərəkat”, “Misir rıtsarları”, “Milli oyanış”, “An-Nur”, “Misirin çağırışı”, “Respublika Sosial Qüvvələr Alyansı” koalisiyaları iştirak edirlər.

Son xəbərlər

Orphus sistemi