Misirdə çoxmərtəbəli yaşayış binası uçub, ölənlər və xəsarət alanlar var - YENİLƏNİB

Misirdə çoxmərtəbəli yaşayış binası uçub, ölənlər və xəsarət alanlar var - YENİLƏNİB Ölənlərin sayı 9-a, yaralıların sayı 30 nəfərə çatıb
Digər ölkələr
27 Mart , 2021 14:21
Misirdə çoxmərtəbəli yaşayış binası uçub, ölənlər və xəsarət alanlar var - YENİLƏNİB

Misirin paytaxtı Qahirədə 10 mərtəbəli yaşayış binasının dağılması nəticəsində ölənlərin sayı 9-a, yaralıların sayı 30 nəfərə çatıb.

“Report” xəbər verir ki, məlumatı TASS yayıb.

Hadisə əhalinin sıx yaşadığı Qisr-əs-Süyes rayonunda gecə saatlarında baş verib. Xilasedicilər dağıntılar altında qalanların axtarışını davam etdirir.

08:42

Misirin paytaxtı Qahirədə on mərtəbəli yaşayış binasının dağılması nəticəsində azı 3 nəfər həlak olub, daha 23 nəfər xəsarət alıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin “Al-Ahram” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, hadisə şənbə günü səhər saatlarında olub. Zərərçəkənlər xəstəxanaya çatdırılıb. Dağıntılar altında insanların axtarışı aparılır.

Hadisənin başvermə səbəbləri məlum deyil.

Son xəbərlər

Orphus sistemi