Misir təhlükəsizlik qüvvələri böyük terror aktının qarşısı alıb

Misir təhlükəsizlik qüvvələri böyük terror aktının qarşısı alıb Terrorçuların gizləndiyi mənzildə istifadəyə hazır 11 partlayıcı qurğu aşkarlanıb
Digər ölkələr
2 Yanvar , 2018 19:46
Misir təhlükəsizlik qüvvələri böyük terror aktının qarşısı alıb

Bakı. 2 yanvar. REPORT.AZ/ Misir təhlükəsizlik qüvvələri bir qrup terrorçu tərəfindən hazırlanan böyük terror aktının qarşısını alıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin nümayəndəsi bildirib.

Belə ki, polis paytaxt Qahirənin yaxınlğında yerləşən yaşayış məntəqələrindən birində partlayıcı maddələrin olduğu anbar barədə məlumat alıb.

Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı qüvvələri və minaaxtaranlar bir neçə saat ərzində döyüş sursatlarını zərərləşdirib. Terrorçuların gizləndiyi mənzildə istifadəyə hazır 11 partlayıcı qurğu və kustar üsulla hazırlamaq üçün istifadə oluna biləcək 65 kq maddə aşkarlanıb. 

Son xəbərlər

Orphus sistemi