Misir Aİ-dən 1 milyard avro məbləğində ilk tranşı alıb

Misir Aİ-dən 1 milyard avro məbləğində ilk tranşı alıb Avropa İttifaqının (Aİ) iqtisadi yardımının ilk tranşı 27 dekabr 2024-cü ildə Misir Mərkəzi Bankının hesabına daxil olub.
Digər ölkələr
1 Yanvar , 2025 22:41
Misir Aİ-dən 1 milyard avro məbləğində ilk tranşı alıb

Avropa İttifaqının (Aİ) iqtisadi yardımının ilk tranşı 27 dekabr 2024-cü ildə Misir Mərkəzi Bankının hesabına daxil olub.

“Report” “Sada el-Balad” telekanalına istinadən xəbər verir ki, bu barədə Qahirədə keçirilmiş mətbuat konfransında respublikanın Baş naziri Mustafa Madbuli məlumat verib.

“Aİ Misir iqtisadiyyatının dəstəklənməsi proqramı çərçivəsində Misirə 1 milyard avro məbləğində ilk tranşı göndərib. Vəsait keçən cümə günü Mərkəzi Bankın hesabına daxil olub”, – Madbuli bildirib.

Hökumət başçısının fikrincə, 2024-cü ildə ölkənin ÜDM-nin 3,5% artması “hakimiyyətin düzgün istiqamətdə irəlilədiyinin əlaməti” kimi qiymətləndirilməlidir. Madbuliyə görə, Beynəlxalq Valyuta Fondunun ötən il dekabrın 25-də Misirə 1,2 milyard dollar məbləğində kredit ayırması da Qahirəyə iqtisadi məsələlərdə etimadın göstəricisidir.

Baş nazirin sözlərinə görə, hökumət 2025-ci il üçün dövlətin bütün maliyyə öhdəliklərinin yerinə yetirilməsini və əsas məhsulların qiymətlərinin “Ramazan ayının başlanmasına qədər (28 fevral axşamı başlayacaq – red.)” sabitləşdirilməsini təmin etmək məqsədi daşıyan “dəqiq plan” hazırlayıb.

Son xəbərlər

Orphus sistemi