Minlərlə amerikalı anomal istilərdən həyatını itirib

Minlərlə amerikalı anomal istilərdən həyatını itirib ABŞ-da anomal istilər nəticəsində minlərlə insan ölüb. 
Digər ölkələr
11 Avqust , 2021 20:57
Minlərlə amerikalı anomal istilərdən həyatını itirib
0 : 00
0 : 00

ABŞ-da anomal istilər nəticəsində minlərlə insan ölüb.

"Report" Bloomberg-ə istinadən xəbər verir ki, günvurma nəticəsində xəstəxanalara düşən amerikalıların sayı daha bir neçə mindir.

Oraqon ştatında 83, Vaşinqtonda 112 nəfər kəskin istilərin qurbanı olub.

Ölkə hakimiyyəti qlobal istiləşmənin təsirlərini aradan qaldırmaq üçün yollar axtarır.

Qeyd edək ki, bu ilin iyulunda ABŞ Konqresi ekstremal istilərlə bağlı qanun qəbul edib. Anomal halların qarşısının alıması üçün 100 milyon dollar vəsaitin ayrılması planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi