Merkel: "Rusiyaya qarşı yeni sanksiyalar qəbul edilə bilər"
Digər ölkələr
- 20 fevral, 2015
- 16:55
Bakı. 20 fevral. REPORT.AZ/ Almaniyanın Federal Kansleri Angela Merkel Rusiyaya qarşı əlavə sanksiyalardan danışıb.
"Report"un Gazeta.Ru saytına istinadla verdiyi xəbərə görə, A.Merkel bildirib ki, Ukraynadakı münaqişənin nizamlanması üçün bu cür tədbirlərin görülməsi zəruridir.
"Sanksiyalar bizim üçün məqsəd deyil. Lakin lazım gəlsə Avropa Birliyi bu məsələni müzakirəyə çıxara bilər", - deyə Kansler vurğulayıb.
A.Merkel həmçinin deyib ki, ölkəsi durmadan böhranın diplomatik yolla nizamlanması üzərində çalışır.
Xatırladaq ki, Avropa Birliyi ölkələrinin xarici işlər nazirləri fevralın 16-da Brüsseldə Rusiyaya qarşı sanksiyaların genişləndirilməsini təsdiqləyiblər. Son sanksiyalar paketi 19 fiziki və 9 hüquqi şəxsə şamil edilib.
Son xəbərlər
05:37
Çin Yaponiyaya xəbərdarlıq edib
Digər ölkələr05:07
Orbanın Türkiyəyə səfəri başlayıb
Region04:34
Kuril adaları sahillərində 5,2 bal gücündə zəlzələ olub
Digər ölkələr04:02
Tramp Zelenskinin sülh sazişini nəzərdən keçirməməsindən məyus olub
Digər ölkələr03:46
Abşeronda 41 yaşlı kişi dəm qazından boğularaq ölüb
Hadisə03:30
Masazırda avtomobil yanıb, ölən və yaralılar var
Hadisə03:15
Nigeriyada qaçırılan 100 məktəbli terrorçuların əlindən azad edilib
Digər ölkələr02:36
Meksikada bomba yüklü avtomobilin partlaması nəticəsində 5 nəfər ölüb
Digər ölkələr02:16