Meksikada silahlılar dəfn mərasiminin iştirakçılarını atəşə tutub, ölənlər və yaralananlar var

Digər ölkələr
  • 13 iyun, 2018
  • 20:58
Meksikada silahlılar dəfn mərasiminin iştirakçılarını atəşə tutub, ölənlər və yaralananlar var

Bakı. 14 iyun. REPORT.AZ/ Meksikada silahlılar dəfn mərasiminin iştirakçılarını atəşə tutub.

"Report"un məlumatına görə, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, hadisə Halisko ştatının paytaxtı, ölkənin qərbindəki Qvadalaxara şəhərində baş verib. Avtomobillərlə dəfn mərasiminin keçirildiyi yerə gələn silahlı şəxslər ətrafdakılara atəş açıb. Nəticədə 2 nəfər ölüb, daha 6 nəfər yaralanıb.

Cinayətkarlar hadisə yerindən qaçaraq gizləniblər. Hadisəni törətməkdə şübhəli bilinən şəxslər barədə məlumat verilmir.

44 filmi