Meksikada silahlılar avtobusun 19 sərnişinini oğurlayıblar

Digər ölkələr
  • 11 mart, 2019
  • 03:52
Meksikada silahlılar avtobusun 19 sərnişinini oğurlayıblar

Bakı. 11 mart. REPORT.AZ/ Naməlum silahlılar Meksikanın şimal-şərqindəki Tamaulipas ştatının Tampiko şəhərindən Reynos istiqamətində hərəkət edən avtobusun 19 sərnişinini oğurlayıblar.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "El Universal" qəzeti bildirib.

Qeyd edilir ki, iki avtomobildə hərəkət edən cinayətkarlar avtobusu Palo-Blanko ərazisində dayanmağa məcbur ediblər. Onlar bundan sonra 19 sərnişini avtobusdan çıxararaq öz avtomobillərinə oturdublar və naməlum istiqamətə gediblər. Reynosa avtobusdakı 41 sərnişindən yalnız 22-i çatıb.

Meksikada son bir neçə ildə zorakılıq görünməmiş miqyas alıb. 2018-ci ildə qətllərin sayı rekord həddə - 33,3 minə çatıb. Latın Amerikası ölkəsinin minlərlə sakininin həlak olması üçün məsuliyyəti narkomafiya daşıyır.

Daha əvvəl Quanaxuato ştatının Salamanka şəhərində gecə klubuna silahlı hücum nəticəsində azı 15 nəfər həyatını itirib.