Meksikada “Qreys” qasırğasının qurbanlarının sayı 11-ə çatıb

Digər ölkələr
  • 23 avqust, 2021
  • 06:23
Meksikada “Qreys” qasırğasının qurbanlarının sayı 11-ə çatıb

Saffir-Simpson cədvəli üzrə üçüncü təhlükə kateqoriyasına malik “Qreys” qasırğası nəticəsində Meksikada ölənlərin sayı 11 nəfərə çatıb.

Bu barədə “Report” TASS agentliyinə istinadən xəbər verir.

Bildirilib ki, Mərkəzi Puebla ştatında təbii fəlakət nəticəsində ölmüş 3 nəfərin şəxsiyyəti müəyyən edilib.

Qeyd olunub ki, ölkənin şərqində yerləşən Verakrus ştatında 6-sı bir ailənin üzvü olmaqla, 8 nəfər təbii fəlakətin qurbanı olub.

Ölkə prezidenti Andres Manuel Lopes Obrador ölənlərin ailələrinə başsağlığı verib.

44 - Tezliklə