Meksikada partlayış nəticəsində ölənlərin sayı 125-ə çatıb

Digər ölkələr
  • 04 fevral, 2019
  • 00:54
Meksikada partlayış nəticəsində ölənlərin sayı 125-ə çatıb

Bakı. 4 fevral. REPORT.AZ/ Meksikada boru kəmərinin partlaması və yanması nəticəsində daha bir nəfər xəstəxanada həyatını itirib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü Latın Amerikası ölkəsinin Sosial Sığorta İnstitutu məlumat yayıb.

"Bu xəstəyə Mexiko şəhərinin ixtisaslaşdırılmış klinikasında yardım göstərilib", - deyə idarənin məlumatında bildirilir.

Belə olan halda, yanvarın 18-də baş vermiş faciə zamanı ölənlərin sayı 125 nəfərə çatıb. Onlardan 68-i hadisə yerində, qalanları isə xəstəxanalarda ölüb.

44 filmi