Meksikada ordu konvoyuna hücum etmiş cinayətkar saxlanılıb

Meksikada ordu konvoyuna hücum etmiş cinayətkar saxlanılıb Rosalesin saxlanıldığı evdə silah-sursat da aşkarlanıb
Digər ölkələr
19 Fevral , 2017 07:48
Meksikada ordu konvoyuna hücum etmiş cinayətkar saxlanılıb

Bakı. 19 fevral. REPORT.AZ/ Meksikanın hakimiyyət orqanları Sinaloa ştatında ordu konvoyuna hücum etməkdə şübhəli bilinən şəxsi saxlayıblar.

"Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.

"Panço Çimal" ləqəbli Fransisko Xavyer Rosales Kulyakan şəhərində hüquq-mühafizə orqanlarının ordu birləşməsi ilə birgə əməliyyatı zamanı ələ keçib.

O, 2016-cı ilin 30 sentyabrında hərbçilərə hücumun təşkili barədə göstəriş verməkdə, habelə əməliyyatda iştirak etməkdə ittiham olunur. Hücum zamanı 5 hərbçi ölüb, daha 10 nəfər yaralanıb.

Rosalesin saxlanıldığı evdə silah-sursat da aşkarlanıb.

Xatırladaq ki, 2016-cı ilin 30 sentyabrında 40-dan çox kriminal avtoritet Kevin ləqəbli yaralı avtoriteti aparan təcili yardım maşınını mühafizə edən hərbçilərin iki "JEEP" avtomobilinə hücum edib. Onlar konvoyu məhv edərək Kevini aparıblar.  

Son xəbərlər

Orphus sistemi