Meksikada narkokartel üzvləri hərbçiləri pusquya salıblar, 5 nəfər həlak olub

Digər ölkələr
  • 27 sentyabr, 2019
  • 02:34
Meksikada narkokartel üzvləri hərbçiləri pusquya salıblar, 5 nəfər həlak olub

Meksikanın Herrero ştatında bir qrup hərbçi narkokartelin pusqusuna düşüb.

"Report" xəbər verir ki, bu barədə "Milenio" nəşri bildirib.

Qeyd edilir ki, atışma zamanı 3 hərbi qulluqçu və daha 2 mülki şəxs həlak olub.

"Milli Müdafiə Nazirliyinin məlumatına görə, dörd nəfər - iki əsgər və iki mülki şəxs toqquşmanın baş verdiyi yerdə öldürülüblər, daha bir əsgər Çilpansinqo xəstəxanasında həlak olub", - deyə xəbərdə bildirilir.

Nəşrin məlumatına görə, silahlı qrupun hücumu ordu patrulunun narkotik bitkilərin məhv edilməsi əməliyyatı zamanı baş verib. Əsgərlər cavab atəşi ilə 2 silahlını öldürüblər. Habelə bir neçə şəxs hərbçilər tərəfindən saxlanılıb.

44 filmi