Meksikada cinayətkar qruplaşma zərərsizləşdirilib, yaralılar var

Meksikada cinayətkar qruplaşma zərərsizləşdirilib, yaralılar var Meksikanın Aquaskalientes ştatında narkotiklərin və silahın qanunsuz satışı ilə məşğul olan cinayətkar qruplaşmaya qarşı keçirilən əməliyyatda aralarında dəstə başçısının da olduğu 16 nəfər yaxalanıb.
Digər ölkələr
25 Mart , 2023 08:26
Meksikada cinayətkar qruplaşma zərərsizləşdirilib, yaralılar var

Meksikanın Aquaskalientes ştatında narkotiklərin və silahın qanunsuz satışı ilə məşğul olan cinayətkar qruplaşmaya qarşı keçirilən əməliyyatda aralarında dəstə başçısının da olduğu 16 nəfər yaxalanıb.

Bu barədə “Report” “Haber Global”a istinadən xəbər verir.

Qeyd edilir ki, ştatın Tlalpan şəhərində "Los Maceros" adlı dəstəyə qarşı əməliyyat keçirən polis əməkdaşları çoxlu sayda insanı yaralayıb. Lakin yaralıların dəqiq sayı açıqlanmır.

Əməliyyat zamanı xeyli sayda narkotik vasitə müsadirə edilib. Silah və narkotik ticarəti ilə tanınan “Los Maceros” paytaxt Mexiko şəhərinin cənubunda fəaliyyət göstərir.

Eyni zamanda qeyd edilir ki, ştatın San Fransisko de los Romo şəhərində baş verən silahlı hücumda biri qadın olmaqla 5 nəfər həlak olub.

Hücumu həyata keçirən şübhəlilər yük maşını ilə hadisə yerindən qaçıblar. Əraziyə təhlükəsizlik qüvvələrinin əməkdaşları cəlb edilib.

Son xəbərlər

Orphus sistemi