Meksika USAID-in bağlanmasını dəstəkləyir

Meksika USAID-in bağlanmasını dəstəkləyir Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyi (USAID) agentliyin digər ölkələrin daxili işlərinə qarışması səbəbindən bağlanmalıdır.
Digər ölkələr
4 Fevral , 2025 23:54
Meksika USAID-in bağlanmasını dəstəkləyir

Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyi (USAID) qurumun digər ölkələrin daxili işlərinə qarışması səbəbindən bağlanmalıdır.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu fikirləri Meksika Prezidenti Klaudiya Şeynbaum gündəlik mətbuat konfransı zamanı deyib.

"USAID ilə əlaqəli o qədər çox şey var ki, o, həqiqətən də, bağlanmalıdır. Agentlik tədqiqat layihələrindən tutmuş hökumətlərdəki müxalifət qruplarına qədər hər şeyi maliyyələşdirib. Bu, Meksikada "Korrupsiya üçün meksikalılar" təşkilatı (tam adı "Meksikalılar Korrupsiyaya və Cəzasızlığa Qarşı" – red.) bu qurumdan dəstək alıb, bu sübut olunub. Bu agentlik niyə siyasətə qarışır?". – Şeynbaum qeyd edib.

Meksika liderinin sözlərinə görə, ABŞ başqa ölkələrə yardım və dəstək vermək niyyətindədirsə, onlar şəffaf olan başqa tipli kanallar açmalıdırlar.

Xatırladaq ki, ABŞ administrasiyası USAID-in fəaliyyətini faktiki olaraq dayandırıb. ABŞ Prezidenti Donald Trampın qərarı ilə bu strukturun müvəqqəti rəhbəri vəzifəsinə ABŞ dövlət katibi Marko Rubio təyin edilib.

Son xəbərlər

Orphus sistemi