Məhəmməd Zərif: "İran ABŞ-la dustaqları dəyişməyə hazırdır"

Məhəmməd Zərif: "İran ABŞ-la dustaqları dəyişməyə hazırdır" XİN rəhbəri danışıqlarda nə üçün çətinliyin yarandığını izah edib
Digər ölkələr
22 Aprel , 2018 04:05
Məhəmməd Zərif: İran ABŞ-la dustaqları dəyişməyə hazırdır

Bakı. 22 aprel. REPORT.AZ/ İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Tehranda casusluq və ya casusluğa cəhddə ittiham olunaraq saxlanılan ABŞ vətəndaşlarının aqibəti ilə bağlı Vaşinqtonla danışıqlarda nə üçün çətinliyin olduğunu izah edib.

“Report” xəbər verir ki, o bu barədə CBS-yə müsahibəsində danışıb.

"Siz ölkəyə, onun xalqına, hökumətinə hörmətsizlik edərək, rejimin dəyişdirilməsi illüziyası da daxil olmaqla açıq iddialar irəli sürməklə danışıqlarda iştirak etmirsiniz. Belə olan halda əsl danışıqlar üçün yer qoymursunuz", — deyə Zərif bildirib.

Onun sözlərinə görə, həbsdə olan amerikalılar yaxşı şəraitdə saxlanılır və İran onların sağlamlığının mühafizəsi üzrə bütün tələblərə riayət edir.

Zərif, həmçinin qeyd edib ki, İran Vaşinqton öz münasibətini dəyişəcəyi təqdirdə ABŞ-la dustaqları dəyişməyə hazırdır.

Son xəbərlər

Orphus sistemi