Məhəmməd adı Britaniyada yeni doğulan körpələrə qoyulan populyar adlar siyahısında ilk onluqdadır

Məhəmməd adı Britaniyada yeni doğulan körpələrə qoyulan populyar adlar siyahısında ilk onluqdadır Oğlanlara daha çox Oliver adı verilib
Digər ölkələr
20 Sentyabr , 2017 15:25
Məhəmməd adı Britaniyada yeni doğulan körpələrə qoyulan populyar adlar siyahısında ilk onluqdadır

Bakı. 20 sentyabr. REPORT.AZ/ Ötən il İngiltərə və Uelsdə körpələrə verilən adlar siyahısında Məhəmməd adı 8-ci yeri tutub.

Bu barədə "Report" "İnterfaks"a istinadən xəbər verir.

Böyük Britaniyanın Milli Statistika Xidmətinin verdiyi məlumata görə, ötən il İngiltərə və Uelsdə bu ad 3908 körpəyə verilib.

Yeni doğulan oğlanlara ən çox Oliver adı qoyulub (6,6 min).

İlk üç yeri tutan ən populyar adlar arasında şahzadələrin daşıdığı Harri və Corc adları da var. Britaniyalıların üstün verdikləri adlar siyahısında həmçinin Cek, Ceykob, Noy, Çarli, Tomas və Oskar kimi adlar da var.

Ən populyar qadın adları isə Oliviya (5 000-dən artıq), Ameliya (4 700-dən çox) və Emmi (3 500-dən çox) olub.

İlk onluğa həmçinin Ayla, Ava, İzabella, Lili, Cessika, Ella və Miya adları da düşüb.

Ümumilikdə ötən il İngiltərə və Uelsdə 696 000-dən çox uşaq dünyaya gəlib. 

Son xəbərlər

Orphus sistemi