Mask USAID-in ləğv prosesinin başlandığını bildirib

Mask USAID-in ləğv prosesinin başlandığını bildirib ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ləğv prosesi gedir.
Digər ölkələr
3 Fevral , 2025 11:18
Mask USAID-in ləğv prosesinin başlandığını bildirib

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ləğv prosesi gedir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentini (DOGE) idarə edən İlon Mask "X" sosial şəbəkəsində paylaşım edib.

"Biz USAID-in ləğvi prosesindəyik", - o bildirib.

İ.Maskın sözlərinə görə, USAID bərpa oluna bilməz: "Bu qurdlu alma deyil, sadəcə qurd topasıdır... Alma yoxdur, ona görə də hər şeydən xilas olmaq lazımdır".

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp USAID rəhbərliyində ifrat radikalların olduğunu bildirib, DOGE-nin rəhbəri İlon Mask isə təşkilatı bioloji silahların hazırlanmasını maliyyələşdirməkdə ittiham edib.

"Bilirsinizmi ki, USAID sizin vergi pullarınızdan istifadə edərək milyonlarla insanı öldürən COVID-19 da daxil olmaqla bioloji silahların hazırlanmasını maliyyələşdirib?" - Mask "X" sosial şəbəkəsində yazıb.

Bundan əvvəl Tramp agentliyin təşəbbüslərini 90 gün müddətinə dondurub - bu müddət ərzində onların proqramları yoxlanılmalıdır.

İngilis versiyası Musk shutting down USAID

Son xəbərlər

Orphus sistemi