Mask seçkilərdə kimə səs verəcəyini açıqlayıb

Mask seçkilərdə kimə səs verəcəyini açıqlayıb Amerikalı sahibkar və milyarder İlon Mask qarşıdakı prezident seçkilərində respublikaçıların namizədini dəstəkləyəcəyini açıqlayıb.
Digər ölkələr
25 Mart , 2024 05:56
Mask seçkilərdə kimə səs verəcəyini açıqlayıb

Amerikalı sahibkar və milyarder İlon Mask qarşıdakı prezident seçkilərində respublikaçıların namizədini dəstəkləyəcəyini açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə biznesmen sahibi olduğu “X” sosial şəbəkəsində yazıb.

“Hələ bir neçə il öncə 100 faiz demokratlara səs verirdim. İndi isə, məncə, qırmızı dalğaya (respublikaçılar nəzərdə tutulur – red.) ehtiyacımız var, yoxsa Amerika batacaq”, – Mask qeyd edib.

Xatırladaq ki, ABŞ-də 60-cı prezident seçkiləri cari ilin noyabrın 5-də keçiriləcək. Partiyaların namizədləri hələ rəsmən müəyyən edilməsə də, hazırkı prezident Cozef Baydenlə keçmiş dövlət başçısı Donald Trampın üz-üzə gələcəyi ehtimal olunur.

Son xəbərlər

Orphus sistemi