Mask Hindistana səfərini ilin sonuna qədər təxirə salıb

Mask Hindistana səfərini ilin sonuna qədər təxirə salıb İlon Mask aprelin 21-22-nə planlaşdırılan Hindistana səfərini təxirə salıb.
Digər ölkələr
20 Aprel , 2024 10:25
Mask Hindistana səfərini ilin sonuna qədər təxirə salıb

İlon Mask aprelin 21-22-nə planlaşdırılan Hindistana səfərini təxirə salıb.

“Report” TASS-a istinadən xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

“Təəssüf ki, “Tesla”dakı çox ciddi öhdəliklərim Hindistana səfərin təxirə salınmasını tələb edir, lakin bu ilin sonunda səfərin olacağını səbirsizliklə gözləyirəm”, - o yazıb.

Xatırladaq ki, aprelin 12-də Mask Hindistanın Baş naziri Narendra Modi ilə görüşmək üçün adıçəkilən ölkəyə gedəcəyini açıqlamışdı.

“The Economic Times” qəzetinin yazdığına görə, Hindistan hökumət başçısı ilə görüşdə Mask bu ölkədə “Starlink” qlobal peyk rabitə sistemi xidmətlərinin işə salınmasının sürətləndirilməsini, Asiya ölkəsinə təxminən 2 milyard dollarlıq sərmayə qoyuluşunu və elektrikli avtomobillərin birgə istehsalı üzrə zavod tikintisini və s. məsələri müzakirə etmək niyyətindədir.

Son xəbərlər

Orphus sistemi