Mask “Apple” cihazlarının şirkətlərində istifadəsini qadağan edə bilər

Mask “Apple” cihazlarının şirkətlərində istifadəsini qadağan edə bilər Amerikalı milyarder, “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask xəbərdarlıq edib ki, əgər “Apple” əməliyyat sisteminə süni intellekt texnologiyaları inteqrasiya edərsə, bu cihazların şirkətlərində istifadəsini qadağan edəcək.
Digər ölkələr
11 İyun , 2024 03:19
Mask “Apple” cihazlarının şirkətlərində istifadəsini qadağan edə bilər

Amerikalı milyarder, “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask xəbərdarlıq edib ki, əgər “Apple” əməliyyat sisteminə süni intellekt texnologiyaları inteqrasiya edərsə, bu cihazların şirkətlərində istifadəsini qadağan edəcək.

“Report” xəbər verir ki, bu barədə İlon Mask “X” hesabında yazıb.

“Apple əməliyyat sistemində OpenAI texnologiyasını yerləşdirirsə, onun cihazları mənim şirkətlərimdə qadağan olunacaq. Bu, qəbuledilməz təhlükəsizlik pozuntusudur”, - paylaşımda vurğulanıb.

O, həmçinin “Apple” şirkətinin icraçı direktoru Tim Kukun “X” hesabındakı postunun altında generativ süni intellekt haqqında şərh yazaraq mümkün qadağa barədə xəbərdarlıq edib.

“Ya bu qorxunc casus proqramı dayandırın, ya da bütün “Apple” cihazları mənim şirkətlərimdə qadağan olunacaq”,- deyə Mask yazıb.

Son xəbərlər

Orphus sistemi