Maryana Bezuqlaya: “Türkiyə Ukrayna üçün razılaşma yeri kimi ideal məkandır”

Maryana Bezuqlaya: “Türkiyə Ukrayna üçün razılaşma yeri kimi ideal məkandır” “Belarusun Ukraynaya münasibətindən sonra Minsk razılaşmasına ümidim azalıb. Bu baxımda yeni razılaşma yeri kimi Türkiyənin vasitəçilik təklifi ideal variantdır”.
Digər ölkələr
9 Fevral , 2022 11:56
Maryana Bezuqlaya: “Türkiyə Ukrayna üçün razılaşma yeri kimi ideal məkandır”
Maryana Bezuqlaya

“Belarusun Ukraynaya son münasibətindən sonra Minsk razılaşmasına ümidim azalıb. Bu baxımdan yeni razılaşma yeri kimi Türkiyənin vasitəçilik təklifi ideal variantdır”.

Bunu “Report”un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna Ali Radasının hakim “Xalqın xidmətçisi” partiyasının deputatı, milli təhlükəsizlik, müdafiə və kəşfiyyat komitəsinin sədr müavini Maryana Bezuqlaya bildirib.

O qeyd edib ki, Ukrayna bu səbəbdən yeni yer və bir qədər dəyişdirilmiş format axtarışında idi:

“Türkiyənin özünü Ukrayna-Rusiya gərginliyində vasitəçi kimi təklif etməsi bizi çox sevindirir. Bu, ən azı həll və danışıqlar şansını artırır. Ukraynanın hər zaman silahlı münaqişəni diplomatik yolla həll etməyə tərəfdar olduğunu nəzərə alsaq, bu, çox vacibdir”, - deyə, o əlavə edib.

Son xəbərlər

Orphus sistemi