Malidə avtomobil qəzasında ölənlərin sayı 40-a çatıb

Digər ölkələr
  • 29 fevral, 2024
  • 15:22
Malidə avtomobil qəzasında ölənlərin sayı 40-a çatıb

Malinin cənubundakı Kenieba şəhərində avtomobil qəzası nəticəsində ölənlərin sayı 40-a çatıb.

“Report” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Malinin Nəqliyyat və İnfrastruktur Nazirliyi daha əvvəl fevralın 27-də Burkina Fasoya gedən avtobusun çay körpüsündən aşması nəticəsində 31 nəfərin öldüyünü bildirmişdi.

Burkina Faso tərəfinin məlumatına görə, ölənlər arasında bu ölkənin vətəndaşları da var.